Noy 22, 2021 11:29 Asia/Baku
  • Əmir Abdullahiyan-Şahin Mustafayev
    Əmir Abdullahiyan-Şahin Mustafayev

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mutafayev dünən axşam Tehranda İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb; Görüşdə Qafqaz regionunda baş verən son hadisələr və ikitərəfli əməkdaşlıq müzakirə olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Görüşdə İran İslam Respublikasının xarici işlər naziri Azərbaycanla ticarət əlaqələrinin inkişaf prosesindən və iki xalq arasında dərin əlaqələrdən məmnunluğunu ifadə edərək, bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki ölkə arasında iqtisadi əlaqələrdə yeni səhifə açacaq və hər iki tərəf ticarət, nəqliyyat, enerji və turizm sahəsində mövcud olan iqtisadi potensiallardan istifadə etməlidir.

Əmir Abdullahiyan İranın imkanlarına toxunaraq, İran şirkətlərinin yeni azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib. Diplomat Azərbaycan və İranın peyvəndləmə prosesində uğurlu addımlar atdığını bildirərək iki ölkə arasında vətəndaşların gediş-gəlişi və təyyarə reyslərinin bərpasının zərurətini vurğulayıb.

Əmirabdullahiyan İran İslam Respublikasının daima ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirib və bölgədə beynəlxalq sərhədlərin dəyişilməz olduğunu qeyd edib.

Azərbaycan Respublikası baş nazirinin müavini də bu görüşdə, İranın neft, yol və şəhərsalma nazirləri ilə keçirdiyi konstruktiv görüşlərdən məmnunluğunu ifadə edib və yaxın vaxtlarda iki ölkə arasında neft, qaz və nəqliyyat sahəsində anlaşma memorandumu imzalanacağını bildirib.

Şahin Mustafayev, həmçinin İran və Azərbaycanın xarici işlər nazirlərinin son gərginliyin aradan qaldırılmasında konstruktiv rolunu vurğulayaraq, gələn ilin əvvəlində iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın iclasının keçiriləcəyini açıqlayıb.

Bu görüş zamanı tərəflər həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT sammiti və aralarındakı sazişlərin sənədləri ilə bağlı məsləhətləşmələr aparıblar.

Teqlər