Noy 24, 2021 11:05 Asia/Baku
  • Hüseyn Əmir Abdullahiyan
    Hüseyn Əmir Abdullahiyan

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isveçrəıi həmkarı İqanzio Kassis ilə telefon danışığında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların gələn həftə Vyanada başlayacağını vurğulayaraq, İranın yaxşı razılaşma əldə etməkdə ciddi olduğunu, lakin amerikalıların ziddiyyətli davranışlarının danışıqlarda ciddi maneə olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan tekefon danışığı zamanı amerikalıların bir tərəfdən Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa meylli olduğunu nümayiş etdirdiyini, digər tərəfdən də son həftələrdə bəzi iranlı şəxslər və şirkətlərə qarşı iki mərhələdə yeni sanksiyalar tətbiq etdiyini bildirib və əlavə edib: "İran İslam Respublikasının ABŞ haqqında hökmü onun davranışlarına əsaslanır".

İranın xarici işlər naziri bu telefon danışığında həmçinin Yəməndəki kritik vəziyyətə toxunaraq, bildirib ki, İran İslam Respublikası Yəmənin blokadasına son qoyulması və müharibənin dayandırılması üçün bütün səyləri dəstəkləyir. 

Əmir Abdullahiyan regionun və Əfqanıstanın vəziyyətinə toxunaraq, deyib: "İran İslam Respublikası Əfqanıstandakı hazırkı müvəqqəti hakimiyyəti inklüziv bir hökumət qurmağa təşviq edir".

O, həmçinin soyuq mövsüm ərəfəsində oradakı humanitar vəziyyətdən narahatlığını ifadə edərək, məcburi köçkünlərin və qaçqınların qayğısına qalmaq üçün səmərəli beynəlxalq səylərin göstərilməsinə çağırıb.

İranın baş diplomatı İsveçrənin Avropadakı mühüm statusuna işarə edərək, iki ölkə əlaqələrinin düzgün yolda olduğunu və İsveçrə parlamenti sədrinin Tehrana son səfərinin ikitərəfli parlament əlaqələrində dönüş nöqtəsi olduğunu bildirib.

İranın xarici işlər naziri həmçinin İranın iki ölkə arasında birgə iqtisadi komissiya yaratmağa hazır olduğunu bəyan edərək, onun yaxın gələcəkdə reallaşacağına ümid etdiyini bildirib.

İsveçrə səfiri də öz növbəsində iki ölkənin diplomatik əlaqələrinin 100-cü ildönümündə İrana səfərinə toxunaraq, İranı tarixi və çox cəlbedici ölkə adlandırıb.

İqnazio Kassis, həmçinin iki ölkə arasında işlənib hazırlanmış iqtisadi kanalın vəziyyəti ilə bağlı bir sıra izahat verib və ölkəsinin İran vasitəsilə Əfqanıstana humanitar yardım göndərməyə hazır olduğunu bildirib.

O, həmçinin bildirib ki, ölkəsi Əfqanıstanda hərtərəfli hökumətin yaradılması zərurətində İranla həmfikirdir, İran İslam Respublikasının bu istiqamətdə indiyədək göstərdiyi səyləri, eləcə də İranın daha çox əfqan qaçqını qəbul etməsini yüksək qiymətləndirib.

Teqlər