ALİ MƏHKƏMƏNİN QƏRARINA ETİRAZ POLŞA
ALİ MƏHKƏMƏNİN QƏRARINA ETİRAZ POLŞA
Verilişin müddəti : 00:00:45
Tarix : 2017/07/23
--------------------------------------------------------------------------------------
Polşa ali məhkəməsinin islahına qarşı aksiyalar davam edir
Minlərlə polyak Polşanın müxtəlif şəhərlərində bu ölkənin ali məhkəməsinin mübahisəli islahına qarşı aksiya keçirib.
Frans-Press-in məlumatına görə, on dörd minə yaxın polşalı aksiyaçı dünən gecə paytaxt Varşavada Polşanın prezident sarayı qarşısında piket keçirib və bu ölkənin prezidenti Andji Dudadan istəyibdir ki, ali məhkəmənin islahı, həmçinin qəbul olunacağı halda, Polşanın icra aparatı və məhkəmə sisteminin ixtiyarlarının artmasına səbəb olacaq, iki digər islahat ilə müxalifət etsin.
Polşa ali məhkəməsinin islahının tənqidçiləri deyirlər ki, bu islahatların qəbul olunması ədliyyə nazirinə ali məhkəmənin fəaliyyətinə nüfuz üçün lazım olan vasitə və ixtiyarları verəcək.
Oxşar etiraz aksiyaları Polşanın yüzə yaxın digər şəhər və məntəqəsində keçirilib. Polşanın bəzi siyasi rəsmiləri bu ölkənin ali məhkəməsinin islahını çevriliş və Polşada demokratiya üçün nəhs gün hesab edirlər.