İƏT-in İstanbul sammiti başlandı
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə başçılarının fövqəladə iclası Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun qonaqları salamlaması ilə İstanbulda işə başlayıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını araşdırmaq məqsədi ilə İstanbulda təşkil edilən İƏT-in fövqəladə sammitiində üzv ölkələriin rəsmiləri iştirak edirlər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas da İstanbul sammitində iştirak edirlər.
ABŞ prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıyıb və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib. Trampın bu qərarı dünya ölkələri və beynəlxalq təşkilatların müxalifəti ilə üzləşib. Həmçinin, bir çox ölkədə Trampın bu qərarına qarşı xalq etirazları formalaşıb.