Amerika prezidenti dünən iddia edibdir ki, o, İranla önşərtsiz müzakirəyə hazırdır.
Amerika prezidenti dünən iddia edibdir ki, o, İranla önşərtsiz müzakirəyə hazırdır.
Verilişin müddəti : 00:02:51
Tarix : 22-06-2019
----------------------------------------------------------------------------------------------------
Donald Tramp NBC informasiya kanalı ilə müsahibədə deyib ki, onun İranla müzakirə üçün heç bir önşərti yoxdur, amma eyni zamanda təzadlı ifadələrdə vurğulayıbdır ki, ehtimal olunan hər cür müzakirədə İranın raket müdafiə proqramı nəzərdən keçirilməlidir.
Amerika rəsmiləri, o sıradan bu ölkənin prezidenti Donald Tramp son aylar dəfələrlə iddia ediblər ki, İranla müzakirə etmək istəyirlər.
Tramp və onun hökumətinin yüksək vəzifəli rəsmiləri elə bir halda ardıcıl surətdə İranla müzakirədən dəm vururlar ki, Vaşinqton ötən il qanunsuz şəkildə, həyata keçməsi üçün neçə illər müzakirə aparılmış nüvə anlaşmasından çıxdı və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.
Donald Tramp həmçinin iddia edibdir ki, cümə axşamı günü Amerika pilotsuzunun Hörmüz boğazında vurulmasına cavabda İrana qarşı intiqam mahiyyətli hücumlar həyata keçirmək niyyətində idi, amma insan tələfatı ehtimalına görə, bu fikirdən daşındı!
Həmçinin Tramp dünən twitter-dəki istifadəçi hesabında yazıb: Amerika İranın bir amerikan kəşfiyyat pilotsuzunu vurmasının əvəzini çıxmağa hazır idi, lakin o, hücuma on dəqiqə qalmış onu ləğv etdi.
----------------------------------------------------------------------------------------------------
Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.