Babolsərdə Hirkani meşələrinin beynəlxalq qeydiyyatı ilə bağlı şənlik keçirilib
İranın şimalında yerləşən Mazandaran vilayətinin Babolsər bölgəsindəki Hirkani meşələrinin beynəlxalq qeydiyyatdan keçməsi şənliyi keçirilib.
Hirkani meşələrinin beynəlxalq irslər siyahısında qeydiyyatdan keçməsi şənliyi dünən gecə Babolsər rayonunda keçirilib. Mərasimdə İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Əli Əsğər Munesan, həmçinin Mazandaran vilayətinin məsul şəxslərindən bir qrupu, eləcə də Qolestan, Gilan, Semnan, Şimali Xorasan və Mazandaran vilayətlərindən gəlmiş mədəni irs ekspertləri iştirak ediblər.
İranın şimal zolağında yerləşən Hirkani meşələri ötən yayda Bakıda, Beynəlxalq İrslərin Qeydiyyatı Komitəsinin 43-cü iclası gedişində qeydə alındı.
Belə bir halda, bu şənliyin kənarında Hirkani meşələrinin beynəlxalq irslər siyahısında qeydiyyatdan keçməsi markası, xalqın bu milli və beynəlxalq irslə tanışlığı və onun təqdimatı məqsədilə bu irsin qorunması üzrə posterin, eləcə də “Mazandaran, EKO-2022-nin turizm paytaxtı” posterinin təqdimatı olubdur.