Dek 30, 2019 00:13 Asia/Baku
  • Azərbaycan R-dan Türkiyəyə təbii qaz ixracatı artıb

Cari milad ilinin on bir ayında Azərbaycan Respublikasının təbii qazının ixracat həcmi 7 milyard 790 milyon kubmetr olubdur ki, bu da ondan öncəki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artımdan xəbər verir.

APA xəbər agentliyinin Türkiyə eneji bazarı müdiriyyəti idarəsinə istinadlı məlumatına görə, bu ölkə ötən milad ilinin on bir ayında ehtiyac duyduğu təbii qazın təqribən altı milyard kubmetrini Azərbaycan Respublikasından idxal edibdir.

Rusiya cari milad ilinin on bir ayında Türkiyəyə təbii qaz ixracatı həcmi baxımından 12 milyard 210 milyon kubmetr göstərici ilə birinci, Azərbaycan Respublikası isə bu cəhətdən ikinci yerdə durur.

Türkiyə bu ölkəyə təbii qaz ixrac edən üçüncü ölkə kimi İran İslam Respublikasından da cari ilin on bir ayında 6,02 milyard kubmetr təbii qaz idxal edibdir.

Həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ölkə cari ilin on bir ayında bütövlükdə 9 milyard 720 milyon kubmetr təbii qaz ixrac edibdir ki, bu da bir il ondan qabaqkı il ilə müqayisədə 26,5 faiz artımdan xəbər verir.

 

Teqlər