İlham Əliyev: Azərbaycan, Rusiya və İran arasında elektrik dəhlizi fəaldır
https://azeri.sahartv.ir/news/Özəl-i355085-İlham_Əliyev_azərbaycan_rusiya_və_İran_arasında_elektrik_dəhlizi_fəaldır
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Hal-hazırda İran, Azərbaycan və Rusiya arasında enerji dəhlizi fəaldır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 12:06 Asia/Baku
  • İlham Əliyev: Azərbaycan, Rusiya və İran arasında elektrik dəhlizi fəaldır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Hal-hazırda İran, Azərbaycan və Rusiya arasında enerji dəhlizi fəaldır.

Əliyev Rusiya-24 telekanalı ilə müsahibədə Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisi üzrə geniş əməkdaşlıq potensialının mövcud olduğunu bildirərək deyib: 3 ölkənin energetika nazirləri davamlı görüşlərdə bu sahədə gələcək əməkdaşlıqları araşdırırlar. 

Azərbaycan Respublikasının prezidenti bu əməkdaşlıqların elektrik enerjisi üzrə müştərək bir sistemin yaradılması ilə nəticələnəcəyi barədə verilən suala cavabda deyib: Bu vacib məqsəd reallaşmaqdadır. 

İlham Əliyev Azərbaycan Respublikasının elektrik enerjisi  sahəsində Rusiya ilə əməkdaşlıqlara malik olduğunu və bu əməkdaşlıqların son dərəcə səmərəli olduğunu bildirərək deyib: İki ölkə, fövqəladə hallarda elektrik enerjisinin təmini sahəsində biri-birinə yardım edir. 

İlham Əliyev deyib: Azərbaycan Respublikası hal-hazırda Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edir. 

Azərbaycan Respublikası prezidenti deyib: Biz İranla da yeni elektrik nəqli xəttini inşa etmişik və hal-hazırda İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi dəhlizi fəaldır.