İran-Türkiyə həmkarlıqlarının genişlənməsi bölgənin rövnəqinə səbəb olacaq
https://azeri.sahartv.ir/news/Özəl-i356494-İran_türkiyə_həmkarlıqlarının_genişlənməsi_bölgənin_rövnəqinə_səbəb_olacaq
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank dünən Ankarada İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Surena Səttari ilə görüşdə iki ölkə əməkdaşlıqlarının müxtəlif sahələrdə, xüsusən sənaye və texnologiya sahələrində genişləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2020 12:29 Asia/Baku
  • İran-Türkiyə həmkarlıqlarının genişlənməsi bölgənin rövnəqinə səbəb olacaq
    İran-Türkiyə həmkarlıqlarının genişlənməsi bölgənin rövnəqinə səbəb olacaq

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank dünən Ankarada İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Surena Səttari ilə görüşdə iki ölkə əməkdaşlıqlarının müxtəlif sahələrdə, xüsusən sənaye və texnologiya sahələrində genişləndirilməsini istəyib.

Mustafa Varank bu görüşdə vurğulayıb ki, Türkiyə-İran münasibət və həmkarlıqlarının genişlənməsi regionda sabitlik və rövnəqin artmasına səbəb olacaq.

Türkiyənin sənaye və texnologiya naziri həmçinin deyib ki, iki ölkənin anlaşma və əməkdaşlıqlarının artması Türkiyə və İran xalqlarının xeyrinə olacaqdır.