İranın Əynuləsəddə ABŞ-a vurduğu şillər tarixdə qalacaq
-
İranın Əynuləsəddə ABŞ-a vurduğu şillər tarixdə qalacaq
İranın müdafiə naziri deyib: İran silahlı qüvvələrinin amerikalıların Əynuləsəddəki bazasını hədəfə almaq üzrə şilləsinin təsiri tarixdə qalacaq.
Briqada generalı Əmir Hatəmi bu gün Tehranda İran silahlı qüvvələrinin birinci keyfiyyət standartı konfransında əlavə edib: İran silahlı qüvvələrinin amerikalıların Əynuləsəddəki bazasını hədəfə almaq üzrə şilləsi, raket zərbələrinin dəqiqliyi, keyfiyyət və zaman baxımından ən yüksək standart səviyyəsində həyata keçirilibdir.
İranın müdafiə naziri bildirib ki, Amerikanın cinayətlərinə cavab, İran xalqının ümumi tələbi idi. O, deyib: Bu gün İran İslam Respublikası hər bir təcavüzkara cavab üçün lazımi iradəyə və güc imkanlarına malikdir və hər səviyyədə olan hər bir təhdidi keyfiyyətli müdafiə ilə cavablandıracaqdır.
İslam İnqilabı Keşikçiləri Korpusu təcavüzkar amerikan qüvvələrin general-leytenant Qasem Soleymanini terror etmək üzrə terrorçu və cinayətkar əməliyyatına cavab olaraq, yanvarın səkkizində onlarla raketlə terrorçu Amerika qüvvələrinin İraqın Ələnbar və Ərbil vilayətlərində yerləşən bazalarını hədəfə aldı.