Fev 04, 2020 16:08 Asia/Baku
  • \
    \"Əsrin sövdələşməsi\" regionda gərginliyi artıracaq

Azərbaycan Respublikasında "Vektor" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təşkilat komitəsinin sədri vurğulayıb ki, Amerika hökuməti tərəfindən təqdim olunmuş "əsrin sövdələşməsi" planı regionda gərginliyi artıracaq.

Əli İsgəndərov IRNA müxbiri ilə müsahibədə fələstinlilərin kəskin tərzdə bu plana qarşı çıxdıqlarını bildirib. O, deyib: "Əsrin sövdələşməsi" nəinki Fələstin böhranının həllinə kömək etməyəcək, əksinə Qərbi Asiya bölgəsində gərginliyin artmasına bais olacaqdır.

Politoloq bildirib ki, Donald Trampın yeznəsi Cerad Kuşner tərəfindən işlənib hazırlanmış bu plana ciddi yanaşılmamalıdır. 

İsgəndərov əlavə edib: Bu plan sionist rejimin baş naziri Benyamin Netanyahuya dəstək vermək, eləcə də Amerikanın yəhudi icmasının Trampa himayələrini əldə etmək məqsədilə təqdim olunub.

İsgəndərov söyləyib: Bu plan elə bir şəraitdə işlənib hazırlanıbdır ki, Fələstin münaqişəsinin həlli müzakirələrində iştirak edən digər tərəflər, o cümlədən BMT, Rusiya və Avropa Birliyi ilə koordinasiya edilməyib və onların mövqeləri nəzərə alınmayıbdır.

Teqlər