İslam İnqilabı Amerikanın və sionist rejimin İslam Dünyasına hökmranlığına mane oldu
Tehranın cümə namazı xitabətçisi deyib: Əgər İslam İnqilabı olmasaydı, bu gün Amerika və sionist rejim İran İslam Respublikasına və İslam Dünyasına hökmranlıq edərdilər.
Ayətullah Mohəmməd Emami-Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, İran İslam İnqilabı 1979-cu ilin 11 fevralında zalımların nəhs və təxribatçı məqsədlərinin reallaşmasına mane oldu. O, deyib: İranda İslam İnqilabının qələbə çalması ilə bir zamanda region və islami ölkələrin xalqları da bölgədə sionistlərin və amerikalıların fitnələri qarşısında müqavimət göstərdilər.
Əzəmətli İran İslam İnqilabı 1979-cu ilin 11 fevralında zəfər çaldı.
Tehranın cümə namazı xitabətçisi həmçinin vurğulayıb ki, “əsrin sövdələşməsi” planı əslində Amerika və sionist rejim üçün əsrin zilləti və rüsvayçılığıdır. O, deyib: Region xalqları və Fələstin xalqı bu amerikan-sionist plan ilə mübarizə aparacaqlar.
ABŞ prezidenti Donald Tramp son zamanlar özünün “əsrin sövdələşməsi” adlı saziş planını təqdim etdi. Bu plana əsasən, Qüds və qərb sahilində mövcud olan bütün qəsəbələr sionist rejimə verilir və fələstinli didərginlərin qayıdış haqqına göz yumulur.
Dünyanın bir çox ölkəsi, şəxsiyyəti, siyasi və din rəsmisi, xüsusən də müsəlmanlar bu planı pisləyiblər.