Apr 06, 2020 18:04 Asia/Baku
  • İranın dövləti və xalqı amerikalı rəsmilərin sözlərinə inanmırlar
    İranın dövləti və xalqı amerikalı rəsmilərin sözlərinə inanmırlar

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İranın dövləti və xalqı amerikalı rəsmilərin sözlərinə inanmırlar. O, deyib ki, İran Amerikadan tibb və müalicə yardımlarının göndərilməsi barədə heç bir xahiş irəli sürməyibdir.

Seyyed Əbbas Mousəvi bu gün video-konfrans formasında keçirilən mətbuat konfransında vurğulayıb ki, bütün dünya xalqları Amerikanın sanksiyalarının zalımcasına və qanunsuz olduğunu etiraf edirlər. O, sonra deyib: Amerikalıların dərman, ərzaq və tibb ləvazimatlarının sanksiya edilmədiyini iddia etmələrinə rəğmən, əslində bu vəsaitlərin İrana daxil olması yolu bağlanıbdır.

Mousəvi bildirib ki, bəzi ölkələr koronavirus pandemiyasından sui-istifadə etməyə çalışırlar. O, deyib: İran dünyadakıl bütün müstəqil və sivil ölkələrdən istəyir, Amerikanın qanunsuz, zalımcasına və heç bir əsası olmayan sanksiyalarına məhəl qoymayaraq, onları icra etməsinlər ki, qarşılıqlı həmkarlıqla bu problem aradan qaldırılmış olsun.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü koroanvirus pandemiyasına düçar olmuş bütün ölkələrin dövlətləri və xalqlarının kədərləri ilə bölüşərək, deyib: Otuzdan çox ölkə və bir sıra beynəlxalq təşkilat koronavirusla mübarizə sahəsində İrana kömək ediblər.

Mousəvi Tehranın İranda yaşayan və koronavirusa yoluxan xarici vətəndaşlarla rəftar tərzi barədə belə deyib: Əgər bu şəxslər İranın müalicə mərkəzlərinə müraciət edərlərsə, heç bir pul alınmadan və insansevərlik prinsipləri əsasında onlar müalicə olunacaqlar.

İranın diplomatiya aparatının mətbuat katibi həmçinin koronavirus pandemiyasından sonra İranın əmirliklər və Ərəbistanla münasibətlərində dəyişiklik barədə ümidvarlıq edibdir ki, koronavirus region dövlətləri və xalqlarını düşünməyə vadar və onları qane edəcək ki, bu virusla mübarizədən əlavə, zorakılıq və ifratçılıq kimi digər viruslarla mübarizə üçün də əməkdaşlıq etmək olar.

İRANIN DÖVLƏTİ VƏ XALQI ABŞ RƏSMİLƏRİNƏ İNANMIRLAR

Teqlər