Apr 09, 2020 08:07 Asia/Baku
  • Həzrət Məhdi(əc)-ın mövlud günü mübarək olsun!

Bu gün, 1441-ci il hicri qəməri ili şəban ayının on beşi və 2020-ci il aprelin 9-u, dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdi(əc)-in mübarək mövludunun ildönümü günüdür.

Həzrət Məhdi(əc) 255-ci hicri qəməri ili şəban ayının on beşi səhərçağı Samirra şəhərində dünyaya göz açıb. O həzrətin möhtərəm atası İmam Həsən Əsgəri(ə), anası isə Nərcis xatun olubdur.

Həzrət Məhdi(əc) dünyaya gəldikdən sonra təqribən beş il ərzində möhtərəm atası İmam Həsən Əsgəri(ə)-ın başçılığı altında yarıgizli şəkildə yaşayırdı.

Həzrət İmam Həsən Əsgəri(ə)-ın 260-cı hicri qəməri ilində şəhid olmasından sonra qısa qeybolma dövrü başlandı və 329-cu ilədək davam etdi. Bu dövrdə Həzrət Məhdi(əc) özünün dörd nümayəndəsi vasitəsilə xalqın işlərini idarə edirdi.

İmam Zaman(əc)-in böyük qeybolma dövrü də 329-cu hicri qəməri ilindən başlanıbdır.

Ötən illərdə Həzrət İmam Məhdi(əc)-in mövlud gününün ildönümündə İslami İran xalqı və dünya şiələri dini məkanlarda olur, müxtəlif şənliklər keçirir, şərbət və şirniyyatlar paylayır, mövludxanlıq və mədhiyyəxanlıq mərasimləri təşkil edir və bununla, İmam Zamanı(əc)-ə öz hörmətlərini ifadə edirdilər. Bu il isə koronavirus pandemiyasına görə, bu böyük şənliyi öz evlərində qeyd etmək qərarına gəliblər.

İslami İranın hər yerində xalq dünən axşamçağı dünya şiələrinin on ikinci imamının mövludu gecəsi ilə bir vaxtda evlərinin damları üzərindən və məscidlərin minarələrindən "Ya Məhdi, Ədrikni!" nidası səsləndirdi.

İranın müqəddəs Qom şəhərində şiələrin böyük təqlid mərcələri də koronavirusla mübarizə üzrə hazırlanmış təlimatlara və səhiyyə təkidlərinə riaəyət zərurətini vurğulamaqla bir zamanda şəban ayının 15-ni bu nəhs virusun aradan qaldırılmasından ötrü ilahi dərgaha dua etmək üçün böyük bir fürsət adlandırıblar.

HƏZRƏT MƏHDİ(ƏC)-İN MÖVLUD GÜNÜ MÜBARƏK!

 

Teqlər