Apr 18, 2020 09:30 Asia/Baku
  • ABŞ-ın büdcə çatışmazlığı artacaq
    ABŞ-ın büdcə çatışmazlığı artacaq

ABŞ konqresinin büdcə ofisi bildirib ki, koronavirusun təsilərilə mübarizə üzrə iqtisadi yardımlar bağlaması bu ölkənin büdcə çatışmazlığını 1,8 trilyon dollar artıracaq.

ABŞ konqresinin büdcə ofisi bu ölkənin 2020-ci il büdcəsi haqda məlumat yayıb və onda konqres tərəfindən qəbul olunmuş iqtisadi yardımlar bağlamasının bu ilin büdcə çatışmazlığına təsirinə işarə edib.

Mart ayında konqres tərəfindən qəbul olunmuş 2 trilyon dollardan yuxarı yardım bağlaması Amerikanın büdcə çatışmazlığını bir on il üçün təqribən 1,8 trilyon dollar artıracaq.

«Məsuliyyətcəsinə federal büdcə komitəsi» adlı qeyri-hökumət qrupu da bazar ertəsi günü bildirdi ki, Amerika iqtisadiyyatının iri bir hissəsinin bağlanması və Vaşinqtonun xərc çəkdiyi iri iqtisadi nicat bağlaması 2020-ci maliyyə ilində bu ölkənin büdcə çatışmazlığını təqribən dördqat artırıbdır.

ABŞ-IN BÜDCƏ ÇATIŞMAZLIĞI ARTACAQ

 

Teqlər