Düşmənləri yeni sürprizlər gözləyir
Apr 23, 2020 23:15 Asia/Baku
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, sanksiya, təhdid və siyasi tamahlandırma İran İslam Respublikasının öz qanuni hüquqları və milli maraqlarının təmini yolundakı hərəkətini yavaşıda bilməz.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün tvitterdə İran düşmənlərini yeni sürprizlərin gözlədiyini bildirib. Vurğulayıb ki, xəstəxanadan tutmuş kosmosadək İran xalqının rifahı və təhlükəsizliyi üçün müasir elmdən bəhrələnmə və qüdrətin ardıcıl itehsalı davam edəcək.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən İran İslam Respublikasının ilk hərbi peyki kimi «Nur» süni peykini yerin 425 kilometrlik orbitində yerləşdirdi.
DÜŞMƏNLƏRİ YENİ SÜRPRİZLƏR GÖZLƏYİR