«Konarək» qayığı qəzaya uğrayıb
https://azeri.sahartv.ir/news/Özəl-i361632-konarək_qayığı_qəzaya_uğrayıb
İran İslam Respublikası Ordsunun dəniz qoşunlarının Bəndər-Abbasda yerləşən 1-ci bölməsinin ictimai əlaqələr şöbəsi bu gün səhər İranın cənubunda yerləşən Cask limanı suları hüdudlarında bu bölmənin yüngül qayıqlarından birində hadisənin baş verdiyini bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 11, 2020 07:30 Asia/Baku
  • «Konarək» qayığı qəzaya uğrayıb

İran İslam Respublikası Ordsunun dəniz qoşunlarının Bəndər-Abbasda yerləşən 1-ci bölməsinin ictimai əlaqələr şöbəsi bu gün səhər İranın cənubunda yerləşən Cask limanı suları hüdudlarında bu bölmənin yüngül qayıqlarından birində hadisənin baş verdiyini bildirib.

İran İslam Respublikası Ordsunun dəniz qoşunlarının Bəndər-Abbasda yerləşən 1-ci bölməsinin ictimai əlaqələr şöbəsi bildirib ki, bazar günü axşam İran İslam Respublikası Ordsunun dəniz qoşunlarının bir qrup qayığı tərəfindən dəniz təlim-məşqi keçirilərkən «Konarək» tipli yüngül himayə qayığı hadisəyə uğrayıb. İndiyə kimi bir nəfərin şəhid olması qətiləşib, bir neçə nəfər də yaralanıbdır.

İran İslam Respublikası Ordsunun dəniz qoşunlarının Bəndər-Abbasda yerləşən 1-ci bölməsinin ictimai əlaqələr şöbəsinin bildirdiyinə görə, hadisənin cəhətləri mütəxəssislər tərəfindən dəqiq şəkildə öyrənilməkdədir.

«KONARƏK» QAYIĞI QƏZAYA UĞRAYIB