İİR ordusunun dəniz qoşunları "Konarək" qayığında baş verən qəzanın təfərrüatını açıqlayıb-YENİLƏNİB
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının Mətbuat Xidməti bildirib ki, Konarək yüngül locestik qayığı bazar günü Cask və Çabahar sularında dəniz təlimləri keçirərkən qəzaya uğrayıb və qayıqdakı qüvvələrdən bir neçəsi şəhid olub.
SaharAzeri-nin verdiyi məlumata görə, İİR Ordusunun Dəniz Qoşunlarının mətbuat xidtməti bu gün verdiyi məlumatda hadisənin necə baş verməsini şərh edərək bildirib ki, qəzadan sonra qısa zamanda yardım və xilas qrupları hadisə yerində olublar və şəhid və yaralıları müalicə mərkəzlərinə köçürüblər.
Bu məlumata görə, bu hadisədə 19 nəfər şəhid olub və 15 nəfər yaralanıb. Yaralıların durumu stabildir.
İran İslam Respublikası Dəniz Qoşunlarının mətbuat xidmətinin bildirdiyinə görə, qəzaya uğramış Konarək qayığı texniki araşdırmaların aparılması məqsədi ilə bölgədəki gəmi dayanacağına köçürülüb.
İran İslam Respublikası Dəniz Qoşunlarının mətbuat xidməti həmçinin ordunun dəniz qoşunlarının yüksək müdafiə hazırlığı və şəhadət sevərlik əhval-ruhiyyəsini xatırladıb və bildirib: Hadisə yerində mütəxəssis qrupların dədiq araşdırmalarınadək bu barədə hərhansı versiya səsləndirməkdən çəkinilməsi təvəqqe edilir.