DİN sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib
https://azeri.sahartv.ir/news/Özəl-i363149-dİn_sərt_karantin_rejimi_ilə_bağlı_əhaliyə_müraciət_edib
Daxili İşlər Nazirliyi (DİN) sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2020 18:59 Asia/Baku
  • DİN sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib.

SaharAzeri APA-ya istinadla xəbər verir, məlumatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək:

Müraciətdə hamı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə təbrik edilib,  iki gün davam edəcək özünütəcrid qaydalarına ciddi riayət olunmasına çağırılıb.