İyun 18, 2020 12:03 Asia/Baku
  • Qorxutma və bac istəmə ABŞ-ın xarici siyasətinin bariz nümunəsidir

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi qorxutma və bac istəməni ABŞ-ın xarici siyasətinin bariz nümunəsi adlandırıb.

SaharAzeri xəbər verir, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bir tvittdə ABŞ-ın Beynəlxalq Ədələt Məhkəməsinə qarşı hərəkətinə cavab olaraq, yazıb: Qorxutma və bac istəmə ABŞ-ın xarici siyasətinin bariz nümunəsidir və Ameika rəsmiləri öz müttəfiqlərini hədələmə siyasətinə də əl atır.

Ulyanov sonra yazıb ki, qorxutma və bac tələbetmə siyasəti həmişə müvəffəq deyil və bu siyasət beynəlxalq əlaqələri aradan götürür.

ABŞ prezidenti Donald Tramp ötən həftə bir fərmanla Beynəlxalq Ədələt Məhkəməsinin işçilərinə qarşı səfər məhdudiyyətləri və iqtisadi sanksiyalar tətbiq etdi. Buna səbəb, həmin məhkəmənin ABŞ hərbçilərinin 2003-cü ildən 2014-cü ilədək Əfqanıstanda törətdikləri hərbi cinayətlər barədə təhqiqat aparması olubdur.

Amerika hökuməti Beynəlxalq Ədələt Məhkəməsinin Vaşinqtonun icazəsi olmadan belə bir təhqiqat aparmasına qarşıdır.

ABŞ-ın bu müxalifəti Amerika Mərkəzi Kəşfiyyat İdarəsi məmurlarının Polşa, Rumıniya və Litvada törətdikləri işgəncələrlə də bağlıdır.

 

Teqlər