İyun 28, 2020 20:34 Asia/Baku
  • Azərbaycan İslam Partiyasının sədr əvəzinin həbs müddəti uzadılıb

AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadılıb. Bu barədə məlumatı Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsinin sədri Akif Heydərli bildirib.

SaharAzeri Faktxeberə istinadla xəbər verir,  Akif Heydərli qeyd edib ki, Hacı İlham Əliyevin həbs müddəti oktyabrın 28-dək uzadılıb: "İ.Əliyevin vəkili Osman Kazımovun bildirdiyinə görə bu barədə qərar dünən Səbayıl məhkəməsində verilib. Hazırda Hacı İlham Əliyev DTX-nın təcridxanasında saxlanılır. Onun istintaqı davam edir. Hacının mənəvi-psixoloji durumu, səhhəti normal və qaydasındadır. O, ona qarşı irəli sürülən ittihamları qəbul etmir.”

Məlumatda qeyd olunur ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev fevral ayının 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaşadığı mənzildən götürülərək saxlanılıb. Martın 2 də ona Vətənə xəyanət maddəsi elan olunmuş və Səbayıl rayon Məhkəməsi tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilib. O, ilk ifadəsini ona dövlət tərəfindən təyin olunmuş vəkilin iştirakı ilə verib və ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.

Teqlər

Şərhlər