Xətibzadə: "ABŞ-ın zorakı davranışları Trampla başlamayıb və onunla da bitməyəcək"
Mart 26, 2021 19:36 Asia/Baku
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bir kinayəli tvitdə Avropa İttifaqı və Bayden administrasiyasının bal ayına toxunaraq, vurğulayıb: "ABŞ-ın zorakı davranışları Trampla başlamayıb, onunla da bitməyəcək və ondan sonra da davam edəcək".
SəhərAzəri xəbər verir ki, Xətibzadə bu tvitdə əlavə edib: "Heç kimin bal ayını pozmaq istəmirik, amma görünür Pompeo üslubunda diplomatiya hələ də davam edir".
"Bu yeni bir xəbərdarlıq olmalıdır, ABŞ-ın başqalarına qarşı zorakılığı Trampla başlamamış və ondan sonra da bitməyəcək", - deyə Xətibzadə qeyd edib.
İanın Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: "Avropa İttifaqı və troykaya dostcasına məsləhətimiz budur ki, bir az ürəkli və cəsarətli olun".