Zərif: Nüvə alimləri ilə müsahibənin müzakirələr prinsipi ilə əlaqəsi yoxdur
May 25, 2015 14:37 Asia/Baku
-
Məhəmməd Cavad Zərif, İİR Xİ naziri
İran xarici işlər naziri deyib ki, nüvə alimləri ilə müsahibənin müzakirələr prinsipi ilə əlaqəsi yoxdur.
Səhər-in məlumatına görə, Məhəmməd Cavad Zərif İslam İnqilabının Böyük Rəhbərinin, Qərb ölkələrinin İranın nüvə alimləri ilə müsahibəyə dair istəkləri ilə müxalifət etmələrinə işarə edərək, deyib ki, quruluşun bütün orqanları İnqilab Rəhbərinin göstərişlərinə mütləq şəkildə əməl edirlər.İran xarici işlər naziri əlavə edib: Nüvə alimləri ilə müsahibə məsələsi kənar məsələdir və bununla bağlı qaranlıq cəhətlərin aradan qaldırılması üçün metodlar həyata keçirilib və hətta keçmiş dövlətdə agentliyin məmurları tərəfindən İranın nüvə alimləri ilə müsahibələr aparılıb.
Zərif sonra deyib: Ötən dövrlərdə İranda müxtəlif şəxslərlə müsahibə aparılıb və hətta onlar əlaqədar mərkəzlər və məkanlardan baxışlar keçiriblər, amma heç bir qaranlıq cəhət aşkar edilmədi. Buna görə də, məsələ qərblilərin bəhanə axtardıqlarını göstərir.
Zərif ABŞ rəsmilərinin İranın bir neçə nüvə alimi ilə müsahibənin aparılması ilə razılığa dair iddialarına toxunaraq, bildirib ki, müzakirə komandası nüvə müzakirələrinin bütün hallarında İnqilab Rəhbərinin nəzərlərinə mütləq itaət edir.