İran xarici işlər naziri Yunanıstanın baş naziri ilə görüşüb
May 29, 2015 09:45 Asia/Baku
-
İran xarici işlər naziri Yunanıstanın baş naziri ilə görüşüb
Məhəmməd Cavad Zərif deyib: İran İslam Respublikası Yunanıstan ilə əlaqələrin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün heç bir məhdudiyyət tanımır.
Beynəlxalq Səhər Kanalının məlumatına görə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı Afinada, Yunanıstan rəsmiləri ilə görüşlərinin davamında baş nazir Aleksis Sipras ilə görüşüb.Məhəmməd Cavad Zərif bu görüşdə deyib: İki ölkə əlaqələrinin inkişafı qarşısında duran maneələr müəyyən edilməli və aradan qaldırılmalıdır.
İranın xarici işlər naziri əlavə edib: İran və Yunanıstan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə münasibbir əməkdaşlıq sənədi hazırlanmalı və qarşılıqlı şəkildə səfərlər həyata keçirilməlidir.
Yunanıstanın baş naziri Aleksis Sipars da bu görüşdə İran ilə nüvə müzakirələrini müsbət qarşılayıb və İrana qarşı sanksiyaları ədalətsiz adlandırıb.
"İranın nüvə işinin həlli regionda sabitliyin möhkəmləndirilməsində təsirli rola malikdir" - deyə Sipras bildirib.
Yunanıstanın baş naziri Tehran və Afinanın əməkdaşlıq imkanlarını itirməməli olduğunu bildirib və deyib: İki ölkə bir-biriləri üçün yaxşı ticarət şəriki olublar və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün ciddi səy göstərməlidirlər.
Sipras əlavə edib: Yunanıstan dərman preparatları, kənd təsərrüfatı məhsulları, texniki və mühəndislik xidmətlərinin İrana ixrac edilməsi sahəsində əməkdaşlığa hazırdır.
Yunanıstanın baş naziri həmçinin, Yaxın Şərqdə terrorçu qrupların fəaliyyətinin genişlənməsinə işarə edərək, deyib: İŞİD-in terror hücumları bütün ölkələr üçün ciddi və ortaq nigaranlıq sayılır. Buna görə də bu təhdidin aradan qaldırılması üçün ciddi işlər görülməlidir. Region və regiondan kənar ölkələr arasında əməkdaşlıqların genişləndirilməsi və ölkələrin, bu təhdidlər bağlı məsuliyyətli davranmaları lazımdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü nüvə müzakirələrində iştirak etmək və ABŞ dövlət katibi ilə görüşüb, danışıqlar aparmazdan öncə, Yunanıstan rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Afinaya səfər edib.