İran və Yunanıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkid edilib
May 29, 2015 09:49 Asia/Baku
-
İran və Yunanıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkid edilib
İran və Yunanıstan XİN rəhbərləri Məhəmməd Cavad Zərif və Nikos Kotzias enerji sahəsində əməkdaşlığı, neftin və maye qazın daşınması üçün Yunanıstanın ticarət donanmasından istifadə edilməsi imkanlarını müzakirə ediblər.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə nazirlər Afinada keçirilən görüşdən sonra bildiriblər.Qeyd edək ki, Məhəmməd Cavad Zərif Afinaya Cenevrəyə səfəri ərəfəsində gəlib. Xatırladaq ki, Cenevrədə mayın 29-da İranın nüvə proqramına dair danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılıb.
İran XİN rəhbərinin Yunanıstanın baş naziri Aleksis Tsipras ilə də görüşü nəzərdə tutulub.