İran xarici işlər naziri Omana səfər edib
İyun 09, 2015 09:58 Asia/Baku
-
Zərif Omana səfər edib
İran İslam Respublikası xarici işlər naziri ötən gün Omana neçə saatlıq səfərində bu ölkənin xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Məsqətə səfər edib və Oman xarici işlər naziri Yusif Bin Ələvi ilə regionun son prosesləri, ikitərəfli məsələlər barədə danışıqlar və fikir mübadiləsi aparıb.İran İslam Respublikası ilə Omanın münasibətləri qəbul ediləsi səviyyəyə malikdir və iki ölkənin region proseslər qarşısında müştərək mövqeyi vardır.
İran və Oman bu qənaətdədirlər ki, regional təhlükəsizlik region ölkələri tərəfindən müştərək əməkdaşlıqla bərqərar olunmalıdır.
İran və Oman ikitərəfli əlaqələrdən əlavə regional və beynəlxalq səviyyədə də münasib və konstruktiv əməkdaşlığa malikdirlər. Hətta Oman İranın nüvə məsələsinin həlli üçün müsbət rolu oynamışdır.