Ordu generalı Səfəvi: Səudiyyəlilərin məğlubiyyəti qətidir
İyun 09, 2015 13:19 Asia/Baku
Ali Baş Komandanının ali müşaviri deyib: Aydındır ki, Yəmən kimi ölkələr öz azadlıq və müstəqilliyinə çatırlar və səudiyyəlilərin elan etdikləri məqsədləri əldə etməsinin məğlubiyyəti qəti olacaqdır.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ali Baş Komandanın ali müşaviri ordu generalı Yəhya Səfəvi İranın Tibb Elmləri Universitetinin fədakarlarının mükafatlandırılması mərasimində deyib: Hər bir hökumətin əsaslı və dəyişilməz məqsədi milli hakimiyyəti, dəyərləri və milli mənafeyi, milli mentaliteti, ölkənin ərazisi və müstəqilliyini qorumaqdır. Müharibələr bu əsaslı məqsədi kəskin hədələyirlər və müharibələr bir xalqın mentalitetini dəyişdirə bilər.General Səfəvi əlavə edib: Hökumətlər və xalqların özlərini, öz ölkələrini və dəyərlərini müdafiə etmələrinə səsəb olan məsələ, milli izzət və milli qüdrətdir.
"Düşmənlər bilsinlər ki, İslam İnqilabı və quruluşun amalları üzərində dayanan xalqımızla mübarizə apara blməzlər" -deyə general bildirib.
İslam İnqilabının Böyük Rəhbərinin ali müşaviri beynəlxalq və regional prosesləri açıqlayaraq əlavə edib: Müqavimət məktəbi olaraq bir məktəbin yaradılması imam və islam övladlarının vasitəsi ilə formalaşdı və İslami Oyanış da ondan təsir aldı. Aydındır ki, Yəmən kimi ölkələr öz azadlıq və müstəqilliklərinə çatırlar. Çoxlu çətinliklərə baxmayaraq Yəmən xalqının qələbəsi reallaşacaq və səudiyyəlilərin elan etdikləri məqsədləri əldə etməsinin məğlubiyyəti mütləq baş verəcəkdir.