Rəisi: Təhlükəsizlik Nazirliyi Məşhəddəki otel hadisəsini araşdırır
İyun 09, 2015 15:25 Asia/Baku
İranın baş prokuroru Məşhəddəki oten hadisəsi ilə əlaqədar son xəbərlər barədə deyib: Həbs olunanların dindirilməsi davam edir və Təhlükəsizlik Nazirliyi, hüquq-mühafizə qüvvələri və digər aidiyyəti qurumlarının əməkdaşları bu məsələni araşdırırlar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Höccətülislam vəlmüslimin Seyid İbrahim Rəisi Ədliyyə Strukturunda Ruhanilik və Quran adlı konfransın kənarında jurnalistlərə müsahibə verib: Ekspertizalar müəyyənləşmək üçün Tehrana göndərilib və ümidvarıq ki, gələn günlər ərzində məsələnin yeni cəhətlərini elan edə biləcəyik.Rəisi deyib: Bu məsələnin bilərəkdən, bilməyərəkdən və yaxud həşərat öldürücü zəhərdən istifadə olunması ilə bağlı hələlik qəti şəkildə danışmaq olmaz. Bəlkə də gələn bir neçə saat ərzində bu barədə nəsə demək olar.
Xarici mediaların bu məsələdən sui-istifadə etməsinə toxunan Rəisi əlavə edib: Məhkəmə Hakimiyyəti, hüquq-mühafizə qüvvələri və Təhlükəsizlik Nazirliyi bu məsələni araşdırır və sui-istifadələrdən ehtiyatlı olmalıyıq ki, ondan öz xeyirlərinə faydalanmasınlar.
Rəisi deyib: Hələlik 5 nəfər həbs olunub və otel də plomplanıb.