Nüvə komandası İslam quruluşunun prinsipial mövqelərinin müdafiəçisidir
İyun 12, 2015 17:11 Asia/Baku
İranın təhlükəsizlik naziri deyib: Nüvə müzakirə komandası İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərini əsas götürərək heç vaxt qırmızı xətləri keçmir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Höccətülislam vəlmüslimin Seyid Mahmud Ələvi Rəzəvi Xorasanı vilayətinin öncüllərinin elmi konfransında deyib: İranın nüvə müzakirə komandasının üzvləri İslam İnqilabının Böyük Rəhbərinə təqlid edirlər və qəhrəmancasına və sayıqlıqla sülhməramlı nüvə enerjisi sahəsində İranın təbii haqqını müdafiə edirlər.Höccətülislam vəlmüslimin Ələvi həmçinin İŞİD terror qruplaşmasını İngiltərə, İsrail rejimi və Ərəbistanın casusluq xidmətlərinin yetirməsi adlandırıb və deyib: Beynəlxalq imperializm əvəzedici müharibələr yaradaraq islam ölkələri və regionu iki qütblü etmək ardıncadır.
İranın təhlükəsizlik naziri əlavə edib: İŞİD terror qruplaşması İranın sərhəd bölgələrini de-stabil etmək və təxribatlar törətmək üçün çoxlu səylər etdi. Lakin təhlükəsizlik əməkdaşlarının səyi ilə öz məqsədlərinə nail ola bilmədi.
Höccətülislam vəlmüslimin Ələvi bildirib: İranın təhlükəsizlik əməkdaşları dəqiq məlumatlar və səhnədə iştirak etməklə təhlükəsizliyə zərbə vuran cərəyanlarının İran İslam Respublikasının təhlükəsizliyinə problem yaratmalarına mane olurlar.