Nüvə müzakirəsi, İranın beynəlxalq səhnədəki qüdrəti nişanəsi
İyun 14, 2015 17:34 Asia/Baku
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini nüvə müzakirələrini İslami İranın milli və beynəlxalq səhnələrdəki izzəti və qüdrətinin nişanəsi adlandırıb.
Səhər kanalının məlumatına görə, İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Əbdollahiyan vurğulayıb: Bu gün altı dünya qüdrətinin İranla uzun müzakirələrə məcbur olması İİR quruluşunun izzəti və qüdrətindən xəbər verir.O, bildirib ki, İranın elmi və siyasi sahələrdəki diqqətəlayiq irəliləyişləri islami ölkələrdəki gənc nəsli təsir altına alıbdır.
Əbdollahiyan əlavə edib: İmperializmin media aparatı müsəlmanların İranla bağlı fikirlərini pozmaq ardıncadır, amma media atmosferinin genişlənməsi ilə bu gün İran İslam Respublikasına baxış başqa cürdür.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib ki, amerikanlar İranı özlərinin regiondakı uğursuz parametrinə daxil etmək istəyirlər.
O, vurğulayıb: İran açıq şəkildə bildirib ki, müzakirələrdə nüvə məsələsindən başqa heç bir digər bəhsə girməyəcəkdir.
İran xarici işlər nazirinin müavini həmçinin İslam İnqilabının Böyük Rəhbərinin düşmənlərin islami ölkələrdəki fitnəsi barədə buyurduqları və xəbərdarlıqlarına işarə edərək, deyib: İslam İnqilabının Böyük Rəhbərinin vaxtlı və dahiyanə xəbərdarlıqları və İslami İranın himayə hərəkətləri ilə düşmənlərin Suriyaya və müqavimət mehvərinə qarşı fitnəsi uğursuz qaldı.