İyun 17, 2015 09:17 Asia/Baku
  • Müqəddəs Müdafiə şəhidlərinin əzəmətli dəfn mərasimi ilə bağlı müraciət
    Müqəddəs Müdafiə şəhidlərinin əzəmətli dəfn mərasimi ilə bağlı müraciət

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü Tehranda Müqəddəs Müdafiə dövrünün 270 qiymətli şəhidinin əzəmətli dəfn mərasimi ilə bağlı yadda qalan qəhrəmanlıq ardınca, bir müraciət veriblər.

Bismillahir-rəhmanir-rəhim. Tövhid məşəlini öz fədakarlığı ilə İslami İran səmasında alovlandıran əziz şəhidlərə Allahın salavat və salamı olsun. Öz iştirakları ilə bu sönməyəcək nuru qoruyan və əziz və qiymətli xatirələr və ümmətin mənəvi ehtiyatlar bayrağını İranda tam əzəməti ilə dalğalandıran məzlum dalğıc şəhidlərə Allahın salavat və salamı olsun.
İslam İnqilabının Böyük Rəhbərinin müraciətində bildirilir: Əlləri bağlı zülm görmüşlərə salam olsun, pak ruhlara salam olsun, bir daha həyat fəzasını ətirləndirən və yaşayanların həyatını sirab etdiniz. Allahı sevər və Allaha inanan bu xalqın ehtiyacı olduğu anlarda heç bir şübhəsi olmayan müjdələri oyanmış ürəklərə nazil edən və qonmuş tozları təmizləyən əziz və mehriban Allaha sonsuz şükürlər olsun. Siz böyük, vəfalı, sayıq və məsuliyyət hiss edən xalqa salam olsun. İlahi lütfü düzgünlüyü ilə tanıyırsız, dərk edirsiz və cavab verirsiniz. Sizin əziz vətənə yenidən qayıdan bu əzizlərin dəfn mərasimində mənalı iştirakınız inqilabın yadda qalan hadisələrindən biridir. Allahın rəhməti sizə, ürəklərə hakim Allaha sonsuz şükürlər və bu böyük sərvətin sahibi Həzrət Bəqiyyətullaha (əc) sonsuz salam olsun.
Vəssəlamu ələykum və rəhmətullahi vəbərəkatuh
Seyid Əli Xamenei

Teqlər