İyun 23, 2015 11:10 Asia/Baku
  • İran Parlamenti hökumətin nüvə nailiyyətlərini qorumasını zəruri edən qanun layihəsini qəbul etdi
    İran Parlamenti hökumətin nüvə nailiyyətlərini qorumasını zəruri edən qanun layihəsini qəbul etdi

İran İslam Şurası Məclisinin üzvləri hükumətin nüvə nailiyyətlərini və İran xalqının nüvə hüququnu qorumasını zəruri edən qanun layihəsini qəbul edib.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin üzvləri bu gün çərşənbə axşamı məclisin 244 millət vəkilinin iştirakı ilə keçirilən plenar iclasında 213 lehinə, 10 əleyhinə və 6 bitərəf səs ilə hökumətin nüvə nailiyyətlərini və İran xalqının nüvə hüququnu qorumasını zəruri edən qanun layihəsini qəbul ediblər.
Bu qanun layihəsinin İran İslam Şurası Məclisində qəbul edilməsi və bu qanun layihəsinin vahid maddəsinə əsasən nüvə nailiyyətləri və İran xalqının nüvə hüququnun qorunması və nüvə silahlarının yayılmasını qadağan edən NPT müahidəsinə riayətin edilməsi çərçivəsində 5+1 qrupu ilə nüvə müzakirələrinin nəticəsi yalnız o zaman qüvvəyə minə bilər ki, onda yer alan məsələlər İslam Şurası Məclisi tərəfindən təsdiq edilmiş olsun.
Hökumətin nüvə nailiyyətləri və İran xalqının nüvə hüququnu qorumasını zəruri edən qanun layihəsinin külliyyatı bazar günü 213 millət vəkilinin iştirak etdiyi parlamentin plenar iclasında 199 lehinə, 2 əleyhinə və 5 bitərəf səs ilə qəbul edilmişdi. Bu gün millət vəkilləri qanun layihəsinin detallarını araşdırıblar.

Teqlər