İraqçı: Müzakirələr bir həftə uzadılıb
İyul 01, 2015 09:37 Asia/Baku
İranın nüvə müzakirə komandasının baş üzvü deyib: Müzakirələrin başa çatmadığı, digər tərəfdən, bizim möhlətin bitdiyinə görə, hamı daha yeddi gün Vyanada qalmaq və bu müzakirələri nəticəyə çatdırmaq qərarına gəlib.
Seyid Abbas İraqçı IRIB müxbiri ilə eksklüziv müsahibədə əlavə edib: Dayandırılmış sanksiyaların qanunlar əsasında avtomatik surətdə qaydıcağına görə, Avropa və Amerika bu müzakirələri rəsmi şəkildə uzatmağa məcbur idilər. Lakin müzakirələrin yenidən bir neçə ay üçün uzadılması hissinin yaranmaması üçün sırf olaraq, Cenevrə razılaşması yeddi gün uzadıldı və agentliyə də elan olundu ki, Cenevrə razılaşmasına əsasən, öz vəzifələrini davam etdirsin.O, əlavə edib: Bəzi ixtilaflı məsələlər hələ mövcuddur və onların barəsində razılıq əldə edilməyib və bəzi mətnlər vardır ki, hələ yazılmayıbdır. Əslində gecə-gündüz onların üzərində işləyirik. Bütün heyətlər və İran ciddi şəkildə bu mətnlər üzərində işləyirlər. Hamı ciddidir və bu müzakirələrə müsbət atmosfer hakim kəsilib.
İranın nüvə müzakirə komandasının baş üzvü deyib: Razılaşma mütləq yaxşı bir razılaşma olmalıdır və yaxşı razılaşma o razılaşmadır ki, onda Böyük İnqilab Rəhbəri tərəfindən təyin olunmuş qırmızı xətlər, hüdudlar və prinsiplərə riayət olunsun və məhz belə olan halda razılaşmanı qəbul edəcəyik.
İraqçı "Bu yeddi gündə razılaşma mümkündürmü?" sualının cavabında deyib: Ümid edirik ki, bu yeddi gündə nəticə əldə edək. Bizim üçün mütləq konkret bir zamanda nəticəyə çatmaq yox, təyin olunmuş əsaslar üzrə yaxşı razılaşmaya çatmaq mühümdür.