İyul 01, 2015 19:28 Asia/Baku
  • Ehtimal olunan razılaşma mətninin ekspertlər səviyyəsində yazılışı başa çatıb
    Ehtimal olunan razılaşma mətninin ekspertlər səviyyəsində yazılışı başa çatıb

İranın müzakirə heyətinə yaxın bir mənbə ehtimal olunan razılaşma mətninin ekspertlər səviyyəsində yazılışının başa çatmasından xəbər verib.

Bu mənbə Vyanada IRIB müxbiri ilə müsahibədə deyib: Mövcud ixtilaflar və problemlərə malik olan ehtimal edilən razılaşma mətni müavinlər səviyyəsində araşdırılacaq və ondan sonra qərarın çıxarılması üçün İran və 5+1 ölkələrinin xarici işlər nazirlərinin ixtiyarına veriləcək.
Qərb mənbələrinin bildirdiklərinə görə, sabah Fransa və Çinin xarici işlər nazirləri Vyanaya gəlməlidirlər və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini müzakirə aparanlar dəstəsinə qoşulmalıdır.
Razılaşmaya çatma yolunda yerdə qalan ən mühüm məsələ, bütün sanksiyaların ləğvidir.

Teqlər