İnqilab Rəhbəri: Şərafətli şer haqq-batil savaşında bitərəf deyil
İyul 02, 2015 08:35 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri şairlər və mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşdə deyiblər: Şərafətli şer haqq və batil savaşında tərəfsiz deyildir.
Səhər Beynəlxalq Televiziyasının İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalına istinadla verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei şiələrin 2-ci imamı İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü gecəsində İran, Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan və Azərbaycan Respublikasından bir qrup fars şeri və ədəbiyyatı müəllimi, mədəniyyət xadimi və şairini qəbul ediblər.Həzrət Ayətullahülüzma Xamenei çərşənbə gecə bu görüşdə İmam Həsən Muctabanın (ə) səadətli viladəti münasibəti ilə hamını təbrik edib və "oxucunun istiqamətlənməsi" və ya onu "əyri yola dönməkdən çəkindirilməsi" istiqamətində şeri təsirli vasitəsindən istifadənin mümkünlüyünə toxunaraq əlavə ediblər: Hazırda media vasitələrinin genişlənməsi ilə bəzi əllər gəncləri emossional, epik, inqilabçı və zərif atmosferdən yayındırmaqla, şeri idarə olunmaz mədəniyyətin xidmətində, insani dəyərlərdən uzaq, cinsi instinktlərin təsiri altında, şəxsi mənafe və zülmün sitayişinin ixtiyarına verməyə çalışır.
İslam İnqilabının Böyük Rəhbəri bəzi gənc şairlərin bu zəhərli atmosfer qarşısındakı müqavimətini alqışlayaraq bildiriblər: Zülmə qarşı və islam ümmətinin məqsədləri, o cümlədlən Yəmən, Bəhreyn, Livan, Qəzzə, Fələstin və Suriya barəsində olan hər bir şer hikmətli şer meyarıdır.
İnqilab Rəhbəri həmçinin haqq və batil savaşında şairin tərəfsizliyinə dəvəti mənasız adlandırıb və bildiriblər: Əgər şair və incəsənət xadimi haqq və batil müharibəsinə tərəfsiz qalarsa, praktiki olaraq öz ilahi neməti və istedadını zay etmişdir və əgər batil cəbhəsinin xidmətində olarsa, onun işi xəyanət və cinayətdir.
Həzrət Ayətullahülüzma Xamenei Sərdəştin kimyəvi bombarmdan edilməsinin ildönümünə toxunaraq İran xalqının çoxlu məzlumluqlarını şer dili ilə dünyaya əks etdirmək üçün təkanverici və önəmli nümunələr adlandırıb və deyiblər: Amerika, İngiltərə və sionistlərin nəzarətində olan və bəzən bir heyvanın canı üçün media qalmaqalı yaradan dünya mediaları bu günlərdə Yəmənin bombardman edilməsi və Qəzzə və Livana qarşı ötən illərdəki bombardmanlar kimi cinayətlər qarşısında utanmaz şəkildə sükut edirlər.
Bu görüşün əvvəlində şairlərdən 20 nəfər öz şerlərini oxuyub.