Bu gün İmam Həsənin (ə) viladətinin ildönümü günüdür
İyul 02, 2015 08:45 Asia/Baku
Bu gün cümə axşamıg ünü 2 iyul 2015-ci milad ili və 15 Ramazan 1436-cı hicri qəməri ili dünya şiələrinin 2-ci imamı Həzrət İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü günüdür.
3-cü hicri qəməri ili mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açan İmam Həsən Muctaba (ə) dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) və İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimənin (s.ə) ilk övladıdır.Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) ilk övladlarının dünyaya gəldiyi gün onu Allahın peyğəmbərinin (s.ə.s) yanına apardılar ki, ona ad qoyusn. Peyğəmbər (s.ə.s) da Allahın əmri ilə onun adını Həsən - yaxşı və bəyənilmiş - adını qoydu.
İmam Həsən (ə) 7 il babası islam peyğəmbərinin məhəbbəti sayəsində yaşamaq fəxrinə nail oldu və bu qiymətli fürsətdə islam peyğəmbərinin parlaq nurundan faydalandılar. Peyğəmbərdən sonra İmam Həsən Həzrət Əli (ə) üçün sayıq şagird və vəfalı köməkçi idi.
İran İslam Respublikası Teleradio Təşkilatı İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün Əhli-Beyt (ə) aşiqləri və dünya azadlıqsevərlərini təbrik edir.