İran və Almaniya xarici işlər nazirləri məsləhətləşiblər
İyul 02, 2015 17:55 Asia/Baku
İran və Almaniya xarici işlər nazirləri İran və 5+1 Qrupunun müzakirələrinin son vəziyyəti barədə danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran və Almaniya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Frank Valter Ştaynmayer nüvə anlaşmasının əldə olunması yollarını araşdırıblar.Ştaynmayer cümə axşamı günü səhər Vyanada Ukrayna barədə keçirilən ATƏT-in iclasının kənarında deyib: Yalnız onu deyə bilərəm ki, Vyanada olan bütün tərəflər ciddi iradə ilə anlaşmanın əldə olunması üçün gəliblər. Hələ də kiçik və böyük maneələr vardır və biz bu maneələrin aradan qaldırılması üçün bütün səyimizi göstəririk.
İran xarici işlər naziri həmçinin bu gün ABŞ dövlət katibi, İngiltərə və Çin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ilə görüşərək danışıqlar aparmalıdır.