İyul 06, 2015 08:45 Asia/Baku
  • Yəmən məsələsində atəşkəs və danışıqdan başqa çarə yoxdur
    Yəmən məsələsində atəşkəs və danışıqdan başqa çarə yoxdur

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə telefon söhbətində atəşkəs və danışıqları Yəmən böhranının yeganə həll yolu adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Hüseyn Əmir Abdullahian bu telefon söhbətində İranın atəşkəsin bərqərar olunması, mühasirənin aradan qaldıırlması, yəmənlilərin nəticə verəcək müzakirələr aparması və bu ölkədə siyasi prosesin təkmilləşməsini dəstəklədiyini bildirərək deyib: İran Yəmənə xarici hərbi hücumlar başlandıqdan açıq aşkar şəkildə Ərəbistanın hərbi addımını strateji yanlışlıq adlandırıb. Belə ki, yalnız Yəmən xalqının kütləvi şəkildə qırğın edilməsi və həssas Fars körfəzi bölgəsində terrorizm və de-stabilliyin genişlənməsi ilə nəticələnəcikdir.
Əmir Abdullahian əlavə edib: İslam Respublikasının qənaətincə, Yəmənin qrupları və partiyaları BMT-nin nəzarəti altında davamlı anlaşmaya çata bilərlər.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi də bu telefon söhbətində Yəməndə atəşkəsin bərqərar olunması üçün həyata keçirilən səylərə toxunaraq deyib: Region və İran İslam Respublikasının dəstəkləri müharibənin dərhal dayandırılması, Yəmən vətəndaşlarının əzab-əziyyətinə son qoyulması üçün bu səylərin güclənməsinə səbəb olacaq.
İsmayıl Vələd əl-Şeyx Əhməd xatırladıb: Yəməndəki insan vəziyyəti çox acınacaqlı hal alıb və müharibənin dayandırılması, atəşkəsin bərqərar olunması və bu problemlərin müzakirə yolu ilə həll olunmasından başqa yol yoxdur.

Teqlər