ABŞ-ın Tehrandakı səfirliyinin yenidən fəaliyyət göstərməsi qeyri-mümkün deyil
https://azeri.sahartv.ir/news/İran-i195664-abŞ_ın_tehrandakı_səfirliyinin_yenidən_fəaliyyət_göstərməsi_qeyri_mümkün_deyil
İranın Məsləhət Şurasının sədri İngiltərənin The Guardian qəzeti ilə müsahibədə deyib: İranın nüvə proqramına xatir bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə anlaşma ABŞ tərəfindən bir neçə dekada düşmənçilikdən sonra irəliyə doğru böyük addımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2015 15:17 Asia/Baku
  • Ayətullah Rəfsəncani
    Ayətullah Rəfsəncani

İranın Məsləhət Şurasının sədri İngiltərənin The Guardian qəzeti ilə müsahibədə deyib: İranın nüvə proqramına xatir bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə anlaşma ABŞ tərəfindən bir neçə dekada düşmənçilikdən sonra irəliyə doğru böyük addımdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ayətullah Rəfsəncani bildirib: Hazırda nüvə anlaşmalarında biz fərqli Amerika müşahidə edəriksə, bu məsələnin İranın ümumi fikrinə müsbət təsiri vardır. ABŞ-ın Tehrandakı səfirliyinin yenidən fəaliyyət göstərməsi qeyri-mümkün deyildir.
Rəfsəncani deyib: Amerikanın İran qarşısındakı düşmənçiliyi bir müddətdir ki, əsalsı problem idi.
Rəfsəncaninin sözlərinə görə, Amerika inqilabdan öncə şah rejiminin əsas himayəçisi idi və inqilabdan sonra elan olunmamış müharibədə İrana qarşı idi. Lakin hazırda nüvə müzakirələrində başqa bir Amerikanın şahidi olarıqsa, İran xalqına müsbət təsiri olacaq.