Zərif nüvə şəhidlərinin ailələri ilə görüşüb
İyul 15, 2015 17:02 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri şəhadətsevərlik əhval-ruhiyyəsini İran xalqının qüdrətli ölkələr qarşısında durmasının ən mühüm amili adlandırıb.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Tehrana daxil olduqdan sonra İranın nüvə şəhidlərinin ailələri ilə görüşərək, şəhidləri İranın quruluşu və xalqı üçün ən yaxşı yol göstərən və nümunə adlandırıb və deyib ki, şəhidlərin, xüsusən nüvə şəhidlərinin şəhadətsevərlik əhval-ruhiyyəsi və mədəniyyəti İran xalqının qüdrətli ölkələr qarşısında durmasına gətirib çıxardı.İranın xarici işlər naziri söyləyib: Nüvə müzakirələri və bu danışıqlarda əldə olunmuş nəticə İslam İnqilabı, Müqəddəs Müdafiə dövrü, xüsusən nüvə şəhidlərinin qanlarının bəhrəsidir.
İranın nüvə müzakirə komandası nüvə müzakirələrinin səkizinci dövründə altılıq qrupunun nümayəndələri ilə 18 gün sıx müzakirədən sonra bu gün səhər Tehrana daxil olub.