İyul 21, 2015 08:43 Asia/Baku
  • Zərif: İfratçılıq region üçün ən ciddi təhdidlərdəndir
    Zərif: İfratçılıq region üçün ən ciddi təhdidlərdəndir

İranın xarici işlər naziri ifratçılığı region üçün ən ciddi təhdid adlandırıb və deyib: İran İslam Respublikası bu təhdid ilə mübarizənin aparılmasında əməkdaşlığa hazırdır.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriyel ilə görüşdə İran və Almaniya arasında əməkdaşlıq üçün mövcud olan potensialların xeyli çox olduğunu bildirib və ümidvarlıq edib ki, iki ölkə əlaqələri bütün sahələrdə inkişafın şahidi olsun.
Zərif Yaxın Şərqdə cərəyan edən olaylara işarə edərək, terrorizm və ifratçılıq təhlükəsini region üçün ən ciddi təhdidlərdən adlandırıb və deyib: İran İslam Respublikası sabitliyə malik olan güclü bir dövlət kimi bu təhdid ilə mübarizənin aparılmasında əməkdaşlığa hazırdır.
İran XİN rəhbəri regionla bağlı İslam Respublikasının prinsipial siyasətlərini açıqlayaraq, qonşu ölkələrlə əməkdaşlıq və anlaşmanı Tehranın əsas prioritetlərindən adlandırıb.
Almaniya kanslerinin müavini Ziqmar Qabriyel də bu görüşdə İran İslam Respublikasına olan səfərindən razılıq edib və iki ölkə əlaqələrinin xüsusilə iqtisadi sahədə inkişaf etməsini vurğulayıb.

Teqlər