İyul 21, 2015 09:38 Asia/Baku
  • Almaniya kanslerinin müavini İran prezidenti ilə görüşdü
    Almaniya kanslerinin müavini İran prezidenti ilə görüşdü

İran İslam Respublikası prezidenti iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini qarşılıqlı etimadın yaranmasına və öhdəliklərin dəqiq formada icra edilməsinə zəmin yaradan amil adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü Tehranda səfərdə olan Almaniya siyasi-iqtisadi heyətinin başçısı, Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriyeli qəbul edib.
Həsən Ruhani bu görüşdə bir çox problemlərin həll edilməsinin kökündə etimadın yaradılmasının dayandığını vurğulayıb və deyib: İran və 5+1 qrupu arasında əldə olunmuş anlaşmanın icra edilməsi yollarından biri də elə iqtisadi və mədəni əlaqələrin genişləndirilməsidir.
İran prezidenti əlavə edib: xoşbəxtlikdən iranlı tacirlər, iş adamları həmçinin, İran universitetləri və elmi mərkəzləri uzun illər Alman həmkarları ilə əlaqəyə və əməkdaşlığa malik olublar və daim Almaniya ilə yaxşı əməkdaşlıq keçmişimiz olub.
Həsən Ruhani İranın regiondakı mövqeyinin də strateji olmasına toxunaraq, İranın Qərb və Şərq arasında bir növ körpü olduğunu bildirib və deyib: İran və Almaniya arasında yaxın əlaqələrin qurulması region və Avropa ölkələrini bir-birinə yaxınlaşdıra bilər.
Almaniya kanslerinin müavini Ziqmar Qabriyel də bu görüşdə deyib: Almaniya dövləti və iş adamları İranın göstərdiyi yolda möhkəm addımlar atacaqlar.
Z.Qabriyel iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin çətin məsələ olmadığına təkid edərək, əlavə edib: İran və Almaniya vətəndaşları çox yüksək peşəkarlığa malikdirlər və modern texnologiyalara meyllidirlər.

Teqlər