Laricani: Nüvə anlaşması ilə bağlı İranın davranışı Qərbin rəftarından asılıdır
İyul 21, 2015 13:23 Asia/Baku
-
Laricani: Nüvə anlaşması ilə bağlı İranın davranışı Qərbin rəftarından asılıdır
İran İslam Şurası Məclisinin sədri deyib: Nüvə anlaşması ilə bağlı İranın davranışı Qərbin rəftarından asılıdır
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar ertəsi Tehranda Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriyel ilə görüşdə İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrini ikitərəfli əlaqələrin genişləndirilməsi üçün münasib baza adlandırıb və deyib: Bu anlaşma əlaqələr və əməkdaşlıqların genişləndirilməsi üçün bir açar ola bilər.Əli Laricani İran və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini hər iki ölkənin xeyrinə adlandırıb və deyib: İki ölkə arasında daim sənaye və texnologiya xüsusilə də enerji sahəsində əməkdaşlıqlar mövcud olub. Bu kimi əlaqələrin genişləndirilməsi üçün proqramlaşdırmalar həyata keçirilməlidir.
Almaniya kanslerinin müavini Ziqmar Qabriyel də bu görüşdə Almaniyanın yüksək səviyyəli siyasi-iqtisadi heyətinin İrana səfər etməsini ölkəsinin İran ilə əlaqələrin genişləndirilməsində maraqlı olmasının nişanəsi adlandırıb və deyib: İki ölkə daim ənənəvi bir əməkdaşlığa malik olub.
Ziqmar regionda cərəyan edən hazırkı böhranlı şəraiti xarici müdaxilələrin nəticəsi adlandırıb və deyib: Almaniya hökuməti istənilən növ hərbi müdaxilə ilə müxalifdir və bu kimi davranışın gərginliyin artmasına səbəb olduğuna inanır.
Almaniyanın iqtisadiyyat və enerji naziri Z.Qabriyel İran və 5+1 qrupu arasında əldə olunan anlaşmadan razılıq edərək, deyib: bu anlaşma siyasi-iqtisadi əlaqələrin genişlənməsinə, baxışların bir-birinə yaxınlaşmasına və regional və beynəlxalq məsələlər üçün həll yollarının tapılmasına kömək edə bilər.