İyul 26, 2015 19:55 Asia/Baku
  • İran və Türkmənistanın ticarət məqsədi: 60 milyard dollar
    İran və Türkmənistanın ticarət məqsədi: 60 milyard dollar

İran İslam Respublikası ilə Türkmənistanın iqtisadi əməkdaşlıqları və ticarət dövriyyəsinin həcmi artacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bazar günü İranın yol və şəhərsalma naziri Abbas Axundi və Türkmənistan xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə Tehranda keçirilən İran və Türkmənistanın Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının 14-cü iclasında iki tərəf ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.
İran İslam Respublikası və Türkmənistanın Müştərək Əməkdaşlıqlar Komissiyasının ekspert iclasında iki tərəf neçətərəfli əməkdaşlıqlar, xüsusilə də müxtəlif nəqliyyat sahələrində əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.
Son statistikaya əsasən İran və Türkmənistan arasında ticarət döviyyəsinin dəyəri ildə 4 milyard dollardan çoxdur. İki tərəf gələn 10 il ərzində ticarət dövriyyəsinin 60 milyard dollara çatdırılmasını qərara alıblar.

Teqlər