İyul 27, 2015 09:30 Asia/Baku
  • Regionun təhlükəsizliyi regional əməkdaşlıqlar yolu ilə yaranır
    Regionun təhlükəsizliyi regional əməkdaşlıqlar yolu ilə yaranır

İran xarici işlər naziri deyib: Regionda təhlükəsizlik və stabillik yalnız regional əməkdaşlıqlar yolu ilə yaranır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali-Sani ilə Dohada görüşdə terrorizm və radikal qruplaşmalarla təsirli mübarizə üçün regional əməkdaşlıqları vurğulayaraq deyib: Terrorizm və radikallıqla istənilən mübarizə dövlətlərin milli hakimiyyətinin qorunması və ona hörmətlə yanaşmaq çərçivəsində olmalıdır.
İran xarici işlər naziri həmçinin Tehranın Fars körfəzi ətrafındakı ölkələr, o cümlədən Qətərlə regional və beynəlxalq səviyyədə əlaqələri genişləndirmək üçün hazır olduğunu bildirib.
Qətər əmiri də nüvə müzakirələrinin nəticəyə çatması barədə İran İslam Respublikası rəsmilərini təbrik edərək deyib: Qonşu ölkələrdə sülh və stabilliyi yaratmaq üçün regional əməkdaşlıqlar önəmli məsələdir və bütün ölkələr ona sadiq qalmalıdırlar.
Şeyx Təmim Bin Həməd Ali Sani həmçinin Tehranla ikitərəfli və regional əlaqələrə toxunaraq bu əlaqələrin genişləndirilməsini istəyib.
İran xarici işlər naziri Qətər xarici işlər naziri Şeyx Xalid əl-Ətiyyə ilə görüşdə ikitərəfli və regional münasibətlərin genişləndirilməsini vurğulayıb.
Bu görüşdə İran və Qətər xarici işlər nazirləri regional əməkdaşlıqlar, xüsusilə də terrorizm və radikal qruplarla mübarizənin güclü şəkildə aparılmasını istəyiblər.
İran xarici işlər naziri bazar ertəsi gecə Qətəri İraq istiqamətində tərk edib və Nəcəfə daxil olub.
Zərif İraqın siyasi və dini rəsmiləri ilə görüşərək terrorizm və ifratçı İŞİD qruplaşmaları ilə ciddi mübarizə sahəsində Tehran-Bağdad əməkdaşlıqlarının artırılması haqda danışıqlar aparacaq.

Teqlər