İyul 28, 2015 09:34 Asia/Baku
  • Zərif: Daim İraqın dövləti və xalqının kənarında durmuşuq
    Zərif: Daim İraqın dövləti və xalqının kənarında durmuşuq

İranın xarici işlər naziri İraqa səfərinin sonuncu mərhələsində bazar ertəsi günü axşam İraq Ali İslam Məclisinin sədri höccətülislam vəlmuslimin Seyid Əmmar Həkimlə görüşüb.

IRIB-nin məlumatına görə, bu görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraq xalqının ifratçılıq və terrorizmlə mübarizənin ön cəbhəsində durduğunu bildirib və belə qeyd edib: Biz də bu yolda daim İraqın dövləti və xalqının kənarında duracağıq.
Zərif deyib: Bizim region kobudluq və ifratçılığa düçar olub və hiss edirik ki, bəzi region ölkələri də bir dəlil olmadan və illüziyalara əsasən, onu qızışdırırlar.
İranın xarici işlər naziri deyib: Biz və bütün region ölkələri müştərək düşmənə malikik və bu düşmən üçün şiə, sünni, kürd, türk və ərəbin fərqi yoxdur.
Zərif İranın regiondakı xeyirli niyyətini vurğulayaraq, bildirib ki, regionun və onun ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirik.
Seyid Əmmar Həkim də nüvə razılaşmasını təbrik edərək, deyib: Sizin son razılaşmanız müasir dövrdə dialoq və diplomatiyaya əsaslanan əməkdaşlıqların yeni fəslinin əsasını qoydu.
Həkim bu razılaşmanın region üçün bir çox mənfəətlərinin olmasını vurğulayaraq, İranın dialoq yolu ilə regionda dinclik üzrə niyyətindən razılıq edib.

Teqlər