M. Zərifin H. Əlibadi ilə görüşü
İyul 28, 2015 09:41 Asia/Baku
-
M. Zərifin H. Əlibadi ilə görüşü
İraqın baş naziri deyib: Regionun məsləhəti tələb edir ki, ölkələr bir-biriləri ilə sazişə malik olsunlar.
Fars xəbər agentliyinin Əlsuməriyyə Nyus-a istinadlı məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi bazar ertəsi günü Bağdadda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə region ölkələrinin həmkarlığı vacibliyini vurğulayaraq, bildirib ki, İran xalqına qarşı iqtisadi sanksiyalar bir növ cinayətdir.İraqın baş nazirinin ofisi bir bəyanatda bildirib ki, bu görüşdə həmçinin Əlibadi və Zərif İraq və regionun siyasi və təhlükəsizlik durumu, həmçinin ikitərəfli əlaqələr haqda danışıblar.
İraqın baş naziri əlavə edib: Yaxın Şərq regionunun mənfəəti bundadır ki, ölkələr dinc yanaşı yaşasınlar, zira düşmənlər bizim təfriqəmizi və tayfa toqquşmalarını istəyirlər.
Heydər Əlibadi region ölkələrinin bu toqquşmalar və problemlərdən xilas olmaq üçün həmkarlıq etmələrini çox mühüm adlandırıb və deyib ki, İraq İranla özəl əlaqələrə malikdir və bu ölkə İŞİD-lə mübarizənin əvvəlindən İraqa kömək etmiş ilk ölkələrdən olub.
Məhəmməd Cavad Zərif də iki ölkə əlaqələrinin müxtəlif sahələrdə dərinləşməsini alqışlayıb və İran dövlətinin İŞİD-lə mübarizədə İraqı himayəsini vurğulayıb.
İraqın prezidenti Fuad Məsum da İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək, nüvə razılşaması üzrə uğurla əlaqədar İranı təbrik edib.