Vilayəti: İranın müdafiə qüdrəti barədə TŞ-nin qətnaməsi qəbuledilməzdir
https://azeri.sahartv.ir/news/İran-i196301-vilayəti_İranın_müdafiə_qüdrəti_barədə_tŞ_nin_qətnaməsi_qəbuledilməzdir
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri BMT Təhlükəsizlik Şurasının İranın raket və müdafiə qüdrətinin sanksiya olunmasını qəbuledilməz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 13:05 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri BMT Təhlükəsizlik Şurasının İranın raket və müdafiə qüdrətinin sanksiya olunmasını qəbuledilməz adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti çərşənbə günü BMT Təhlükəsizlik Şurasında İranın raket qüdrəti haqda sanksiya təsdiqlənməsi barədə deyib: Bu qətnamə qərbin avantürist ölkələrinin nüfuzu ilə təsdiqlənib və İranın qənaətincə, qəbuledilməzdir.
Əli Əkbər Vilayəti əlavə edib: Bu qətnamənin təsdiqlənməsində məqsəd İranın müdafiə qüdrətini zəiflətməkdir. Lakin İran İslam Respublikası heç vaxt belə qətnamələri qəbul etməyib və etməyəcək.