Totalla İranın əməkdaşlığında yeni səhifə açılır
https://azeri.sahartv.ir/news/İran-i196306-totalla_İranın_əməkdaşlığında_yeni_səhifə_açılır
İranın neft naziri deyib: İranın neft yataqlarının genişləndirilməsi üçün Fransanın Total şirkəti ilə əməkdaşlığın yeni səhifəsi açılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 15:17 Asia/Baku
  • Totalla İranın əməkdaşlığılnda yeni səhifə açılır
    Totalla İranın əməkdaşlığılnda yeni səhifə açılır

İranın neft naziri deyib: İranın neft yataqlarının genişləndirilməsi üçün Fransanın Total şirkəti ilə əməkdaşlığın yeni səhifəsi açılacaq.

Səhər Beynəlxalq Televiziyasının ŞANA-ya istinadlı məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə çərşənbə günü günortadan sonra Fransa xarici işlər naziri Loran Fabiusla Tehranda görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada İranın fransız şirkətlərlə uzunmüddəlti əlaqələrə malik olduğunu bildirərək əlavə edib: Fransanın Total Şirkəti İranın neft layihələrinin genişlənməsində 20 ildən çox iştirak edib və fransızların maraqlarını nəzərə alaraq bu şirkətin İranın neft yataqlarında fəaliyyətinin genişləndirilməsi üçün yeni səhifə açılacaq.
Loran Fabiusla görüşdə fransız şirkətlərin İranın neft-kimya sənayesində iştiraka maraqlı olduqlarına toxunan Bijən Namdar Zəngənin sözlərinə görə, Fransanın neft-kimya şirkətləri keçmiş prosesin davamından əlavə, İranın neft-kimya sənayesində geniş iştirak edəcəklər.
"İranda brendlə neft sənayesi təchizatlarının istehsalı və fransızların investisiya yatırımı üçün İran və Fransa şirkətləri əməkdaşlıq edəcəklər" deyən neft naziri xatırladıb: Bu təchizatlar daxili istehlakdan əlavə region ölkələrinə də ixrac olunacaq.