Dünyanın gəmiçilik şirkətləri İran limanlarında iştiraka maraqlıdır
İyul 30, 2015 08:23 Asia/Baku
İranın Limanlar və Dənizçilik Təşkilatının liman məsələləri üzrə sədr müavini deyib: Dünyanın etibarlı dənizçilik şirkətləri İranın gəmiçlik, dəniz xidmətləri sektorunda iştirak etmək və investisiya yatırmaqda maraqlıdırlar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Limanlar və Dənizçilik Təşkilatının liman məsələləri üzrə sədr müavini Cəlil İslami İranın dəniz ticarətini ildə təxminən 160 milyon ton adlandırıb və əlavə edib: Bir qrup xarici şirkət region və İrana dəniz səfərləri proqramını tənzimləməkdədir.İslami İranda xarici gəmiçilik şirkətlərinin investisiya yatırması üzrə hazırlıqların görüldüyünü bildirərək deyib: İran və 5+1 qrupunun nüvə müzakirələrinin nəticəsi xarici şirkətlərin İran limanlarında iştirakı prosesini sürətləndirmişdir.